Suriyada rusiyalı jurnalistlər atəşə tutuldu: Yaralılar var

22:47 | 11.04.2018
Suriyada rusiyalı jurnalistlər atəşə tutuldu: Yaralılar var

Suriyada rusiyalı jurnalistlər atəşə tutuldu: Yaralılar var

Suriyanın qaynar nöqtələrindən sayılan Şərqi Quta qəsəbəsində rusiyalı jurnalistlər atəşə tutulub.

Anews.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Aprelin 11-də, 18:20 radələrində Şərqi Qutadakı vəziyyətlə bağlı süjet hazırladıqdan sonra geri dönən rusiyalı jurnalistlərin olduğu avtobusa naməlum şəxslər silahlardan atəş açıb”, - deyə bəyanatda qeyd olunub.

İnformasiyaya görə, açılan atəşdən NTV telekanalının müxbiri Aleksey İvlev, "Rossiya 1” telekanalının operatoru Mixayil Vitkin və "Zvezda” telekanalının operatoru Vladislav Dodonov ayaq nayihələrində yüngül yaralanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM