Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları - Fotolar

17:44 | 16.01.2015
Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları - Fotolar

Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları - Fotolar

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Elnurə Beydullah qızı Məmmədova iki qızı, bir oğlu ilə Suriyaya qaçıb.

Elnurə Məmmədovanın qayınansının sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb. Elnurə Məmmədovanı Suriyaya getməyə təhrik edən anası digər qızının iki azyaşlı övladlarını da özü ilə aparıb.

Onların Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur.

Qadınla birgə Suriyaya gedən övladları isə 12 yaşlı Ülkər, 13 yaşlı Rüstəm və 15 yaşlı Günay olub.

ANN.Az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb