Gələn il Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - Sərəncam

13:44 | 21.11.2023
Gələn il Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - Sərəncam

Gələn il Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - Sərəncam

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri də həll etmək tapşırılıb.

Bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti