Tacikistanda hava limanının rəisi prezident yolunda öldü

20:20 | 14.09.2017
Tacikistanda hava limanının rəisi prezident yolunda öldü

Tacikistanda hava limanının rəisi prezident yolunda öldü

Tacikistanda Horo şəhərinin hava limanının rəisi Dildor Maksudşoyev ölkə prezidenti Emomali Rahmonun içində olduğu vertolyotu Düşənbəyə yola salarkən həlak olub.

anews.az bu barədə "RİA Novosti”yə istinadla xəbər verir.

"Prezidentin vertolyotu havaya qalxarkən Dildor Maksudşoyev ona çox yaxın məsafədə dayanıb.

Vertolyotun pərləri altında yaranan güclü hava axını nəticəsində o yıxılıb və başı yaxınlıqdakı iri daşa dəyib”, - Tacikistan DİN-nin mətbuat xidməti bildirib.

DİN-nin məlumatına əsasən, Maksudşoyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb