Tacikistanda qiyamçı general öldürüldü

13:57 | 17.09.2015
Tacikistanda qiyamçı general öldürüldü

Tacikistanda qiyamçı general öldürüldü

Mərkəzi hakimiyyətə qarşı qiyam qaldıran Tacikistanın keçmiş müdafiə nazirinin müavini Əbuhəlim Nazarzoda öldürülüb. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, hadisə sentyabrın 15-də Ramit dərəsində baş verib.

General və onun müavini polkovnik Cunaydullo Umarov "Alfa” xüsusi təyinatlıları tərəfindən güllələniblər. Qiyamçıların liderləri üzərlərində olan "Makarov” tipli tapançadan istifadə etməyə macal tapmayıblar.

Ümumilikdə, Ramit dərəsində keçirilən əməliyyat zamanı 30 qiyamçı öldürülüb, 100 nəfər isə həbs olunub. Hakimiyyət qüvvələri isə 4 hərbi qulluqçusunu itirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb