Türkiyənin Bolu vilayətində taksi sürücüsü qadın sərnişini döyüb. Anews.az Avtosfer.az-a istinadan xəbər verir ki, insident ötən axşam Koroğlu məhəlləsi Uğur Mumcu parkı qovşağı istiqamətində qeydə alınıb.
Məlumata görə, qadın sərnişin mindiyi taksinin sürücüsünə əsəbiləşərək aşağı enib və maşının yan şüşəsini qırıb. Bundan sonra qadının hərəkətlərinə hirslənən sürücü onu şillə-təpiklə döyməyə başlayıb. Vəziyyəti görən avtobusdakı bir neçə şəxs davaya müdaxilə edərək onları ayırıblar. Daha sonra tərəflər polis çağıraraq bir-birindən şikayətçi olublar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !