“Taliban” Baqram aviabazasını Çinə verir?

13:57 | 08.09.2021
“Taliban” Baqram aviabazasını Çinə verir?

“Taliban” Baqram aviabazasını Çinə verir?

"Taliban” hərəkatı Əfqanıstanda ABŞ Hərbi Qüvvələrinə məxsus Baqram aviabazasının Çinə verilməsi barədə yayılan məlumatları təkzib edib.

"Qafqazinfo” xəbər verir ki, bu məsələ ilə bağlı xarici KİV-də yayılan məlumatı "Taliban” hərəkatının Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Sohail Şahin təkzib edib.

"Bu, yalandır”, - deyə Şahin jurnalistlərə bildirib.
 
Hindistanın "Pioneer” qəzeti öz mənbələrinə istinadən "Taliban” hərəkatının Baqram aviabazasını Çinə verə biləcəyini yazıb. Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin də öz növbəsində bu məlumatı təkzib edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb