“Taliban” qadınlara idmanı qadağan etdi

23:27 | 08.09.2021
“Taliban” qadınlara idmanı qadağan etdi

“Taliban” qadınlara idmanı qadağan etdi

"Taliban” Əfqanıstanda qadınlara idmanla məşğul olmağı qadağan edib.

"Qafqazinfo” "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə hərəkatın mədəniyyət üzrə komissiya sədrinin müavini Əhmədulla Vasik bildirib. O qeyd edib ki, qadağa kriket oyunçularına da aiddir:

"Qadınların kriket oynamasına icazə verilməyəcək. Çünki lazım deyil. Kriketdə elə bir vəziyyət yaranar ki, onların üzləri və bədənləri görünə bilər. Buna da İslam və İslam Əmirliyi icazə vermir”.

Vasikin sözlərinə görə, "Taliban” bu məsələ ilə bağlı hər hansı güzəştə getməyəcək.

Qeyd edək ki, kriket Əfqanıstanda ən məşhur idman növüdür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb