Tanınmış bəstəkarın ailəsində ağır itki

15:53 | 10.07.2017
Tanınmış bəstəkarın ailəsində ağır itki

Tanınmış bəstəkarın ailəsində ağır itki

Tanınmış bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Məmmədliyə ağır itki üz verib. Onun atası dünyasını dəyişib.

Day.Az xəbər verir ki, yeniçag.az-a bu barədə bəstəkar özü açıqlama verib:

"Ata hansı yaşda olursa-olsun, həmişə övladı üçün əzizdir, cavandır. Çox sağlam adam idi, amma son vaxtlar yorğan-döşəyə düşdü. Gözümün qabağında "əridi", qəfildən getdi. Atamın ölümünü qəbul edə bilmirəm. O insan mənə həyatda halal yaşamağı öyrətdi".

Qeyd edək ki, S.Məmmədli bir çox hitlərin müəllifidir.

Onun mahnılarını xalq artisti Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Röya Ayxan, Abbas Bağırov, İlqar Muradov və digər müğənnilər ifa edib.

Allah rəhmət eləsin!
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM