Tanınmış məhsulların qadağan edildiyi ölkələr

13:50 | 23.09.2016
Tanınmış məhsulların qadağan edildiyi ölkələr

Tanınmış məhsulların qadağan edildiyi ölkələr

Gündəlik həyatda faydalandığımız məhsulların bəzi ölkələrdə istifadəsi qadağandır. Sizlərə onlardan bəzilərini təqdim edirik:
 
Kinder surprise
 ABŞ-da "Kinder surprise” satışına qadağa şokoladlı yumurtadakı oyuncaq hissələrinin uşaqlar üçün təhlükəli olması ilə bağlıdır. Belə ki, xırda oyuncaq hissəcikləri uşaqların boğazında ilişə və həyatları üçün təhlükə yarada bilər.
 
Tütün məmulatları 
 Butanda 2004-cü ildən bəri ölkə vətəndaşlarına tütün məmulatlarının satışı qadağan edilib.
 
Coca-Cola
 Qadağa Kuba və Şimali Koreyanın yerli hökuməti tərəfindən tətbiq edilməyib. ABŞ-ın adıçəkilən ölkələrə qoyduğu iqtisadi embarqo ilə bağlıdır.
 
Elektron siqaretlər
İndiyə qədər belə siqaretlərin insan səhhəti üçün təhlükəsiz olduğunu təyin edən araşdırma aparılmadığından Avstraliya, Bruney, Braziliya, Belçika, Kolumbiya və Kanada kimi ölkələrdə elektron siqaretlərin istifadəsi qadağandır.
 
Alkoqol
İran, Pakistan, Küveyt, Səudiyyə Ərəbistanı və Liviyada alkoqollu içkilərin satışı qadağandır.
 
Göy cinslər
Şimali Koreyada bu rəngli cinslər ABŞ ilə assosiasiya edildiyindən qadağandır.
 
Saqqız
Sinqapurda saqqız idxalı və satışına qadağa mövcuddur.
 
Ketçup
2011-ci ildən bəri Frasanın bütün məktəb və universitet yeməkxanalarında ketçup istifadəsi qadağan edilib.
 
Elektrik lampaları
Avstraliyada peşəkar elektrik olmayan şəxslərə lampaları dəyişmək qadağandır.//İnteraz.tv

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM