Tarixdə görünməmiş zorlanma hadisəsi - FOTOLAR

14:17 | 24.12.2014
Tarixdə görünməmiş zorlanma hadisəsi - FOTOLAR

Tarixdə görünməmiş zorlanma hadisəsi - FOTOLAR

Hindistanda tarxidə nadir rastlanan, az qala tragikomediya adlandırılacaq bir hadisə baş verib. 

ANN.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Hindistanın Puduşerri şəhərində yaşayan bir ailə - valideynlər və 4 bacı birgə dənizə atlanaraq kütləvi şəkildə intihar ediblər. Ailənin bəzi üzvləri dənizdə bataraq, itgin düşsələr də, bacılardan biri sağ qalıb, dalğalar onu dənizin sahilinə çıxarıb. Ancaq əsl faciə bundan sonra başlanıb, balıqçıların hücumuna uğrayan yarımcan qadın kütləvi zorlanmaya məruz qalıb. 

Hadisə dekabrın 18-i Peduşerri şəhərində baş verib. Ana və digər bacılar dənizdə bataraq itkin düşüblər, ata və bacılardan biri isə dalğaların sayəsində  bir-birindən çox uzaq məsafələrdə olsalar da, sahilə çıxa biliblər. 

İntihar cəhdindən kilometrlərlə aralıda sağ tapılan qurbanın sözlərinə görə, o, sahildə yarımcan, huşsuz vəziyyətdə uzanarkən kütləvi zorlanmaya məruz qalıb. 

Polis yaxınlıqdakı otellərin və qonaq evlərinin mühafizə kameralarını yoxlayıb və hücumun baş verdiyi zaman hərəkətdə olan iki şübhəlinin izini ələ keçirib. Növbəti gün şübhəli bilinən 35 yaşlı S. Raja və 32 yaşlı K. Vicaykumar adlı iki şəxs həbs olunub. Polis rəisi onların qadını zorladıqlarını təsdiq edib.

Hindistanda geniş yayılan aşram adlı monastrda yaşayan ailə ali məhkəmənin qərarıyla evlərindən təxliyyə olunub. Onların məhz buna görə kütləvi intihara əl atdığı bildirilir. 

Hindistan zorlanma epidemiyasından əziyyən çəkən ölkələrdəndi. İlk dəfə 2012-də Yeni Delhi küçələrin birində baş verən zorlanma hadisəsi beynəlxalq miqyasda xəbərə çevrilmişdi. Ölkədə geniş miqyasda ölçü tədbirləri götürülsə də, zorlanma hadisələrinin ardı-arası kəsilmir. 

"Hindustan Times" qəzetinin 2,557 qadın arasında apardığı sorğuya əsasən, onların 97 faizi nə vaxtsa hansısa seksual zorakılığa məruz qaldığını bildirib. 

ANN.Az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM