Əsgərlər naziri öldürdü - FOTOLAR

15:29 | 10.12.2014
Əsgərlər naziri öldürdü - FOTOLAR

Əsgərlər naziri öldürdü - FOTOLAR

Fələstin muxtariyyatının qərb hissəsi hesab olunan İordan çayının qərb sahilində keçirilən nümayişlər zamanı fələstinli nazir öldürülüb.
 
"Reuters"in yaydığı xəbərə görə, aksiyalarda İsrail əsgərləri ilə üz-üzə gələn Fələstinin Yəhudi Yaşayış Məntəqəsi və Ayrı-Seçkiliklə Mübarizə Komissiyasının sədr Ziad Ebu Ayn öldüyü bildirilir.

"Reuters" hadisə yerində olan şahidlərinin və regiondakı sağlamlıq qruplarının verdiyi məlumata əsaslanaraq yaydığı xəbərə görə, Qərbi İordanda etirazçılarla İsrail əsgərləri arasında baş verən qarşıdurma zamanı fələstinli nazirin vəziyyəti kəskin pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb.
 
İsrail rəsmi qurumları yəhudi əsgərləriylə baş verən əlbəyaxa döyüşdən sonra nazirin xəstəxanaya qaldırıldığını və burada həyatını itirdiyini önə sürüb. İsrail tərəfi nazirin əvvəlcədən xəstə olduğunu deyib.


ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb