Bankların xalis xarici aktivləri artıb

14:28 | 26.04.2024
Bankların xalis xarici aktivləri artıb

Bankların xalis xarici aktivləri artıb

2024-cü ilin aprelin 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 523,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
 
Bildirilib ki, hesabat dövründə bankların xalis xarici aktivləri ötən aylə müqayisədə 3,4%, ilin əvvəlinə nisbətdə isə 1,2 artıb. 

2024-cü ilin martın sonuna bankların xalis daxili aktivləri isə 19 milyard 306,5 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,5% azdır.
 
Bu rəqəm aylıq müqayisədə 3,9%, ilin əvvəlinə nisbətdə isə 2,8% azdır.

Azərbaycanda 23 bank fəaliyyət göstərir.
 
Aygün
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM