Dünyanın ən uzun müsahibəsi Ginnesin Rekordlar Kitabına düşüb

14:19 | 26.04.2024
Dünyanın ən uzun müsahibəsi Ginnesin Rekordlar Kitabına düşüb

Dünyanın ən uzun müsahibəsi Ginnesin Rekordlar Kitabına düşüb

Nigeriyada Klara Çizoba Kronborq adlı qadın 55 saat 24 saniyə ərzində müsahibə apararaq Ginnesin Rekordlar kitabına düşüb. Bu barədə NTV xəbər verib. 

Bildirilib YouTube-da tok-şou təşkil edən Kronborg müxtəlif ölkələrdən siyasətçilər, iş adamları, kontent prodüserləri, aktyorlar, daşınmaz əmlak agentləri və bir çox başqa peşələrdən olan 90 nəfərdən müsahibə götürüb.

Müsahibələrdə hər bir qonağın öz sahəsində necə uğur qazanması diqqət mərkəzində olub.

Kronborq 37 saat 44 dəqiqəlik müsahibə verərək 2022-ci ildə amerikalı Rob Oliver tərəfindən təyin olunan Ginnesin Rekordlar kitabını üstələyib.
 
Aygün Mirakif




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM