Azərbaycan COP29-a fəal hazırlıq prosesindədi - İlham Əliyev /Yenilənib

12:18 | 26.04.2024
Azərbaycan COP29-a fəal hazırlıq prosesindədi - İlham Əliyev /Yenilənib

Azərbaycan COP29-a fəal hazırlıq prosesindədi - İlham Əliyev /Yenilənib

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir. Bunu Prezident İlham Əliyev deyib. 

"Bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı var. Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticələr əlimizdə olsun”, - Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında qeyd edib.
 
Əliyev qeyd edib ki, COP29-a ev sahibliyi beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır. 

"Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”, - Prezident vurğulayıb.

Prezident eyni zamanda bildirib ki, Azərbaycan neft - qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslar var. 
 
"2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün bizim Avropa İttifaqına, Avropa qitəsinə qaz təchizatımız artır", - o söyləyib.

 
10:42
XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır.

Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.

Prezident İlham Əliyevin Almaniya Kansleri ilə həmin tədbirdə çıxışı gözlənilir.
Dövlət başçısı aprelin 25-də Almaniyaya işgüzar səfər edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb