Ermənistanın basdırdığı minalar öz vətəndaşları üçün də təhlükə yaradır - Səfir

12:05 | 26.04.2024
Ermənistanın basdırdığı minalar öz vətəndaşları üçün də təhlükə yaradır  - Səfir

Ermənistanın basdırdığı minalar öz vətəndaşları üçün də təhlükə yaradır - Səfir

Ermənistan tərəfindən basdırılan minalar öz vətəndaşları üçün də təhlükə yaradır. Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X”də yazıb.
 
Bir gün öncə Ermənistanın Azərbaycanla sərhəd bölgəsi olan Tavuşda ermənistanlı hərbçi minaya düşərək yaralanıb. 

2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aygün 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb