Tatarlar Krımla sərhəddə hərbi bölmə yaradırlar

20:21 | 18.12.2015
Tatarlar Krımla sərhəddə hərbi bölmə yaradırlar

Tatarlar Krımla sərhəddə hərbi bölmə yaradırlar

Krım tatarlarının lideri və Ukraynanın xalq deputatı Mustafa Cəmilov Xerson vilayətində, Krımla sərhəddə hərbi bölmə yaratmaq niyyətində olduğunu açıqlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, həmin bölmə Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olacaq.

"Ancaq Ukraynanın imkanları məhduddur. Hərbçilərin geyim, silah, qida və digər zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı problem var”, - dekabrın 16-17-də Ankarada səfərdə olan Mustafa Cəmilov deyib.

Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Krıma qoyulan vətəndaş blokadasını da müzakirə ediblər: 

"Biz blokada haqda danışdıq. İndiki situasiyanın səbəblərinə toxunduq. Türkiyə Krım tatarlarının problemlərini asanlıqla həll edə bilər. Krım tatarlarının çoxu vətənini tərk etmək məcburiyyətində qalıb. Bizim miqrantlar bütün Ukrayna boyu dağılışıblar. Əksəriyyət Ukraynanın qər regionlarına gedir, çünki vətənpərvərlik yüksək səviyyədədir, insanlar daha çox milli əhval-ruhiyyəyə kökləniblər və onlar Krım tatarlarını daha yaxşı anlayırlar. Biz istəyirik ki, regionlara dağılışan adamlarımız yarımadaya daha yaxın ərazilərdə, məsələn, Xersonda qalsınlar”.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb