“Təcrübə keçən şəxslərə üstünlük verəcəyik” - Mikayıl Cabbarov

16:46 | 06.05.2015
“Təcrübə keçən şəxslərə üstünlük verəcəyik” - Mikayıl Cabbarov

“Təcrübə keçən şəxslərə üstünlük verəcəyik” - Mikayıl Cabbarov

"Bu il Təhsil Nazirliyi hesabına yeni tikilən və təmir edilən təhsil obyektlərinin  sayı 32-dir” - ANN.Az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov "Caspian European Club”da keçirilən tədbirdən əvvəl jurnalistlərə açıqlamasında deyib. 

Görülən işlərdən danışan nazir təhsil sahəsində gedən bütün layihələrin planlaşdırılmış şəkildə və vaxtında həyata keçirildiyini deyib. Nazirin sözlərinə görə, bu layihələr çərçivəsində onlarla təhsil müəssiələrinin tikilib istismara verilməsi nəzərdə tutulur: "İlin əvvəlində bir neçə kənd məktəbində tikinti işləri başa çatdırılıb və həmin obyektlər istismara verilib. Bakı şəhərində də məktəblərin tikilməsi ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən aiddiyyatı üzrə işlər həyata keçirilir. Bir sıra məktəblərdə cari təmir işləri həyata keçirilir və bu yay ayalarında da davam edəcək. Elə məktəblər də var ki, yenidən əsaslı şəkildə təmir olunurlar”.

Əmək bazarı üçün rəqabətə dözümlü işçi qüvvəsinin hazırlığından söz açan nazir bildirib ki, bir sıra təhsil müəssisələrində yeni peşə standartları hazırlanan zaman sənayedən, biznesdən gələnlərə, ümumiyyətlə, təcrübə keçən şəxslərə üstünlük veriləcək: "Biz təhsilin yüksək səviyyədə keçirilməsinə çalışırıq ki, gələcəkdə əmək bazarı üçün hazırlanan kadrlar yüksək səviyyəli olsunlar”. 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM