Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”

13:52 | 11.11.2015
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”

Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”

Noyabrın 11-də Təhsil Nazirliyində təşkil olunan tədbir ölkə başçısı İlham Əliyevin dünən imzaladığı "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssiəsələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamı ilə bağlı olub.

ANN.Az xəbər verir ki, mətbuat konfransında  Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov, adıçəkilən şöbənin tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və Bakı Dövlət Universitetinin prorektoru Aydın Kazımzadə iştirak ediblər. 

ANN.Az xəbər verir ki, qurum rəsmisi Cəsarət Valehov ölkə başçısının dünən imzaladığı rəsmi sənədin təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitinin yaranmasına imkan veriləcəyini bildirib: "Ölkə başçısının imzaladığı bu sənəd "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq tələbələrə dövlət qayğısının artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təhsilalanlar arasında rəqabət mühitinin yaradılmasına və gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək”. 

C.Valehovun sözlərinə görə, yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır: "Sərəncama görə, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək”.

Sərəncamın üstünlüklərindən söz açan Cəsarət Valehov sərəncamın tətbiqinin aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərə görə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradacağını deyib: "Bununla yanaşı, qaçqın və məcburi köçkünlərə, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələlərdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər”.

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM