Təhsil Nazirliyi iddialara münasibət bildirdi

15:21 | 20.05.2016
Təhsil Nazirliyi iddialara münasibət bildirdi

Təhsil Nazirliyi iddialara münasibət bildirdi

Təhsil nazirinin müavini Firudin Qurbanov bəzi KİV-lərin Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında münasibətlərin gərgin olması barədə iddialarına münasibət bildirib.

Nazir müavini "Report”a açıqlamasında hansısa gərginliyin olmadığını deyib: "Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin təsdiq edilən Nizamnaməsində hansı qurumun hansı sahələrdə məsuliyyət daşıması konkret göstərilib və bu sənədə əsasən, bəzi məsələlər Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır”.

Onun sözlərinə görə, təhsil sahəsində keyfiyyətə nail olmaq üçün hər iki qurum birgə işləyəcək: "Yəqin ki, birgə səylər nəticəsində ümumi keyfiyyətə, səmərəliliyə nail olacağıq. Əsas odur ki, şəffaf, səmərəli sistem fəaliyyət göstərsin, ali məktəblərə, orta ixtisas məktəblərinə yüksək səviyyəyə malik abituriyentlər qəbul olsun. Hazırda yeni yaradılan qurumla nazirlik bu istiqamətdə əməkdaşlıq edir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb