Təhsil Nazirliyinin qarşısında aksiya keçirən gənc həbs edildi - VİDEO/YENILƏNIB

18:02 | 01.06.2020
Təhsil Nazirliyinin qarşısında aksiya keçirən gənc həbs edildi - VİDEO/YENILƏNIB

Təhsil Nazirliyinin qarşısında aksiya keçirən gənc həbs edildi - VİDEO/YENILƏNIB

Rüstəm İsmayılbəyli barəsində  Nətimanov rayon məhkəməsi 15  sutka həbs qəti imkan tədbiri seçib. O, İnzibati Xətalar Məcəlləsinin 535,1 (polis əməkdaşının qanuni tələbinə qəsdəntabe olmamaq) və 211-ci (karantin rejimi qaydalarının pozulması) maddələri ilə ittiham olunub. 
 
Rüstəm İsmayılbəyli məhkəmədə aclıq aksiyası keçirəcəyini bildirib. 
 
__________ 

18.02
 

Anews.az xəbər verir ki, aksiya zamanı saxlanılan 7 nəfərdən 6 -ı  sərbəst buraxılıb. Onlardan altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, bir nəfər  barədə toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
 
Sərbəst buraxılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib. Onlardan üçü  hər biri 100 manat, qalan ikisi isə - 200 manat həcmində olmaqla cərimə olunub. 
 
Bu gün bir qrup gənc müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib.  Məqsəd universitetlərdə ödənişlərin karantın  rejiminin tətbiqi ilə əlaqədar ləğv edilməsinə nail olmaq  idi.


 Mahir Rüstəmli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM