Ötən il 330 min miqrant sığınacaq alıb

21:43 | 21.04.2016
Ötən il 330 min miqrant sığınacaq alıb

Ötən il 330 min miqrant sığınacaq alıb


Ötən il Avropa Birliyi ölkələri 330 mindən çox miqranta sığınacaq verib. Birlik ölkələrinə ümumilikdə bir milyondan artıq miqrant üz tutub. Məlumatı AB-nin statistika agentliyi – Eurostat yayıb.

Agentlik aprelin 20-də bildirib ki, sığınacaq alanların sayı 333 min 350 nəfərdir ki, bu da 2014-cü illə müqayisədə 72 faiz çoxdur.

Sığınacaq alanlardan 166 min 100 nəfər Suriyadan, 27 min 600 nəfər Eritreadan, 23 min 700 nəfər İraqdan gəlib.

Sığınacaq verən ölkələr içində birinci yerdə Almaniya dayanır. Daha sonra İsveç, İtaliya, Fransa, Britaniya, Avstriya, Niderland gəlir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb