"Terror Fransaya milyardlarla ziyan vuracaq"

10:15 | 14.11.2015

"Terror Fransaya milyardlarla ziyan vuracaq"

Qubad İbadoğlu hesab edir ki, bu hadisədən avro da təsirlənəcək

Fransada baş verən terror hadisəsindən sonra ötən il 47 milyon ziyarətçini yalnız Paris şəhərinə cəlb edən ölkənin iri turizm sənayesi bu il ən çox itki verən sektor olacaq. Dünyanın 6-cı güclü iqtsiadiyyatına malik olan ölkədə bu gecə baş verənlər beynəlxalq bazarlara da təsirsiz ötüşməyəcək. Bu hadisənin həm ölkə iqtisadiyyatına və həm də dünya bazarlarına təsirləri birbaşa və dolayı olmaqla ikili xarakter daşıyacaq. Bu terror aktından birbaşa təsirlənən turizm, nəqliyyat, mehmanxana, ictimai iaşə və ticarət sektoru olacaq. Bu hadisə dolayı yolla həm dövlət və həm də özəl bölmədə təhlükəsizlik və sığorta, bir sözlə anti-terror xərclərinin artırılmasına şərtləndirəcək ki, bu da bütövlükdə Fransa iqtisadiyyatında məhsuldarlıq göstəricilərini aşağı salacaq. Nəticədə ötən il staqnasiya dövrünü yaşayan Fransa iqtisadiyyatında bu il müşahidə olunan canlanma son terror aktından sonra yenidən tənəzzül dövrü ilə əvəzlənə bilər.

Bu fikirləri iqtisadçı Qubad İbadoğlu öz "Facebook" səhifəsində paylaşıb.

Onun sözlərinə görə, terror aktından ən çox təsirlənən hazırda həssas olan qiymətli kağızlar və valyuta bazarı ola bilər. Xüsusilə də psixoloji təsirlər nəticəsində fond birjasında Fransa şirkətlərin məxsus qiymətli kağızların və avronun dəyərini itirməsi müşahidə edilə bilər. Xammal birjaları arasında isə bu hadisədən az da olsa təsirlənən enerji bazarı ola bilər. Belə ki, bu hadisənin təsirindən artan təklifin hesabına son günlər ucuzlaşan xam neftin qiymətində azacıq da olsa balaşma müşahidə oluna bilər.

Hesablamalar görə 11 sentyabr terrorundan ABŞ iqtisadiyyatına dəyən birbaşa zərər 27,2 milyard dollar təşkil edib. Bu hadisə global terrorizm indeksində Fransann mövqeyini pisləşdirəcək. Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Fransa dünyanın terrordan əziyyət çəkən 56-ci ölkəsi idi. Azərbaycan bu indeksə görə dünyanən terrordan əziyyət çəkən 192 öllkəsi arasında 117-ci yerdə qərarlaşıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM