Terrorçular Afrində “Quran”a bomba yerləşdirib

15:20 | 22.03.2018
Terrorçular Afrində “Quran”a bomba yerləşdirib

Terrorçular Afrində “Quran”a bomba yerləşdirib

YPG/PKK terrorçuları Afrindəki evlərdən birində müqəddəs "Qurani-Kərim”ə partlayıcı maddə quraşdırıb.

Anews.az Anadolu-ya istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri ilə müxalif Azad Suriya Ordusunun birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində şəhər minalardan təmizləməkdə davam edir.

Türk hərbçiləri evlərdən birinə baxış keçirərkən müqəddəs "Qurani-Kərim”ə bərkidilmiş partlayıcı maddə aşkarlayıblar.

Türk minaaxtaranlar partlayıcı maddəni zərərsizləşdiriblər. Bununla da dinc sakinlər arasında baş verəcək itkinin qarşısını alıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb