Terrorçular İrana Qarabağdan göndərilib

19:39 | 08.06.2017
Terrorçular İrana Qarabağdan göndərilib

Terrorçular İrana Qarabağdan göndərilib

Tehranda Xomeyni türbəsinə və parlament binasına hücum edən terrorçular İrana Ermənistandan keçiblər.

Publika.az xəbər verir ki, bu iddia ilə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey çıxış edib.

Onun sözlərinə görə, terrorçular viza belə istəmədən Ermənistandan İrana gəliblər.

"Ermənistan Suriyadakı müharibəyə görə orada yaşayan erməniləri təyyarə ilə işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirib. Həmin terrorçular da aylar öncə məhz Suriyadakı ermənilərlə birgə təyyarə ilə gəliblər. Daha sonra dəfələrlə sərhəddən keçərək, Tehranda kəşfiyyat apardılar. Nəticəsi də oldu”, - deyə G.Gülbey vurğulayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM