Texasda qasırğa səbəbindən iki anbarda neft sızması baş verib

20:20 | 29.08.2017
Texasda qasırğa səbəbindən iki anbarda neft sızması baş verib

Texasda qasırğa səbəbindən iki anbarda neft sızması baş verib

Axmış yanacağın həcmi məlum deyil.

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası nəticəsində iki neft anbarında yanacaq sızması baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Associated Press"in məlumatında bildirilir.

"Kinder Morgan" şirkətinin terminalında yerləşən və tutumu 150 min barel olan bir anbar güclü yağış səbəbindən çevrilib. Axmış yanacağın həcmi məlum deyil. Axıntı dayandırılıb, yanğının qarşısını almaq üçün axmış yanacağın səthi xüsusi köpüklə örtülüb.

Digər sızma "Karbuhn Oil" şirkətinin anbarında ildırım vurmasından sonra baş verib. Orada beş barel neft axıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb