"Texnikabank"ın ləğvedicisi dəyişdi

19:51 | 15.04.2016

"Texnikabank"ın ləğvedicisi dəyişdi

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası geri çağırılan "Texnikabank" ASC-nin ləğvi prosesi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) tapşırılıb.

Bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə deyib.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 qərarı ilə "Texnikabank" ASC müflis elan edilmiş və "M.M.M. Perfekt Konsaltinq" MMC ləğvedici təyin edilmişdi.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM