Tina Xidaşeli vəzifədən gedir

14:47 | 12.07.2016
Tina Xidaşeli vəzifədən gedir

Tina Xidaşeli vəzifədən gedir

Gürcüstanın Respublikaçılar Partiyası seçkiqabağı kampaniyaya start verib və bir neçə gündən sonra partiyanın üzvləri - müdafiə naziri Tina Xidaşeli ilə barışıq və vətəndaş bərabərhüquqluluğu üzrə dövlət naziri Paata Zakareişvili öz postlarını tərk edəcəklər”.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Respublikçılar Partiyasının lideri, Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib. O bildirib ki, Respublikaçılar Partiyasından olan hər iki nazir ölkələri üçün çox iş görüblər: "Bir necə gündən sonra baş nazirin razılığı əsasında onlar öz işlərini yekunlaşdıraraq partiyanın təbliğat fəaliyyətinə qoşulacaqlar. Ətraf mühit naziri Giqla Aqulaşviliyə gəldikdə isə, o başqa seçim edib və partiyadan çıxaraq hökumətdə qalıb”.
 
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Artıq ölkədə seçkiqabağı kampaniya başlayıb.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM