Tükürpədicl elan: kirayə götür, istədiyin kimi istifadə et, sonra...

21:06 | 24.11.2018
Tükürpədicl  elan: kirayə götür, istədiyin kimi istifadə et, sonra...

Tükürpədicl elan: kirayə götür, istədiyin kimi istifadə et, sonra...



Lisenziyasız silahlarla işlədilən cinayətlərin artması səbəbiylə hərəkətə keçən Türkiyənin Mütəşəkkil və Kibercinayətkarlıq İdarəsinin polisləri internet üzərindən silah satan şəbəkəyə qarşı əməliyyat keçirib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbulda 60 ayrı ünvana basqın təşkil olunub.

Saxlanılan 48 nəfərdən 7-nin şəbəkə üzvləri olduğu müəyyən edilib. Araşdırmaların gedişatında internet üzərindən qeyri-qanuni silah satan şəbəkə üzvlərinin yazışmaları ifşa edilib. Yazışmalarda "kirayə götür, istifadə et, geri gətir” kimi ifadələr diqqət çəkib.

Silah şəbəkəsinin elanlarında "silahın ən yaxşısı bizdə, müştəri istərsə, tank belə taparıq” kimi ifadələrdə yer alıb. Ələ keçirilən silahların əvvəllər hər hansı cinayətdə işlədilib-işlədilməməsi yoxlanılır.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb