Tofiq Abdin vəfat edib

12:55 | 25.02.2014
Tofiq Abdin vəfat edib

Tofiq Abdin vəfat edib

Tanınmış şair-publisist Tofiq Abdin ötən gecə dünyasını dəyişib. Modern.az bildirir ki. bu barədə mərhumun dostu, “525-ci qəzet”in redaktoru Yusif Rzayev məlumat verib.  Tanınmış şair dünən gecə 74 yaşında ürək tutmasından dünyasını dəyişib. Mərhumla vida mərasimi bu gün saat 14.00-da keçiriləcək. Tofiq Abdin 1941-ci ildə Salyanın Qırımızkənd kəndində anadan olub.1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddətdir ki, "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illərdir, dövrü mətbuatda müntəzəm çıxış edir.2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.Allah rəhmət eləsin!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM