Toni Kroos: "Yeni mövsümdən "Real"da oynayacam"

21:01 | 14.07.2014
Toni Kroos: "Yeni mövsümdən "Real"da oynayacam"

Toni Kroos: "Yeni mövsümdən "Real"da oynayacam"

Almaniya millisi ilə dünya kubokunu qazanan Toni Kroos yeni mövsümdən "Real" (Madrid) klubunun şərəfini qoruyacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə futbolçunun özü Argentinaya qalib gəldikləri oyundan (1:0) sonra deyib:

"Artıq ikinci arzumu gerçəkləşdirmək vaxtıdır. Yeni mövsümdən "Real"da oynayacam".

Qeyd edək ki, bu transfer üçün Madrid klubunun Kroosun müqavilə ilə məxsus olduğu "Bavariya"ya 25 milyon avro təzminat ödəyəcəyi gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti