Tovuzda əlverişsiz hava şəraiti bir sıra fəsadlar törətdi

13:44 | 24.05.2016
Tovuzda əlverişsiz hava şəraiti bir sıra fəsadlar törətdi

Tovuzda əlverişsiz hava şəraiti bir sıra fəsadlar törətdi

Ötən gün qərb bölgəsində müşahidə edilən əlverişsiz hava şəraiti Tovuz rayonunda bir sıra fəsadlar törədib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kirən, Sarıtala, Yanıxlı, Əhmədabad, Köhnə Qala və Alakol kəndlərində daha güclü dolu yağıb, külək əsib. Rayon İcra Hakimiyyəti Aparatından bildirilib ki, Yanıxlı və Alakol kəndlərində isə külək bir neçə evin dam örtüyünü qopararaq yararsız hala salıb. Həmçinin Köhnə Qala kəndində hündür ağaç aşaraq elektrik naqillərini qırıb. Nəticədə yaşayış məntəqəsinin elektrik enerjisinin verilişində fasilələr yaranıb. Təbii fəlakət nəticəsində bəzi kəndlərdə ev quşlarının tələf olduğu bildirilir. Dolu əkin sahələrində kartof və digər kənd təsərrüfatı bitkilərinə də ziyan vurub. 
 
Rayon Fövqəladə Hallar Komissiyası dəymiş ziyanı araşdırır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb