“Toyota"nın prezidenti istefa verəcəyini açıqlayıb

14:36 | 26.01.2023
“Toyota

“Toyota"nın prezidenti istefa verəcəyini açıqlayıb

"Toyota Motors"a rəhbərlik edən Akio Toyoda şirkətin prezidenti vəzifəsini tərk edəcək. Bu barədə şirkət rəsmisi öz facebook hesabında bildirib.


Bildirilir ki, avtomobil konserninin təsisçisinin nəvəsi olan 66 yaşlı Toyoda, şirkətin direktorlar şurasının sədri vəzifəsini tutacaq.
 
Əvvəllər icraçı direktor vəzifəsini tutan Kodzi Sato "Toyota"nın yeni direktoru olacaq. Yenidən təşkilin yeni maliyyə ilinin başlanması ilə baş tutacağı açıqlanıb.

Akio Toyoda şirkətin prezidenti vəzifəsini 2009 cu ildən rəhbərlik edib.
 
Toyota şirkətinin əsası 1937-ci ildə qoyulub. 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb