TQDK-nın yeni binası belə olacaq - FOTO

17:28 | 23.11.2014
TQDK-nın yeni binası belə olacaq - FOTO

TQDK-nın yeni binası belə olacaq - FOTO

Yaxın günlərdə Həsən Əliyev küçəsində yerləşən və TQDK-nın hazırda fəaliyyət göstərdiyi bina söküləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün tikiləcək yeni binanın layihə görüntüləri yayılıb. 

 Lent.az-a xəbər verir ki, komissiyanın yeni binasının TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcəyi dəqiqləşib. Yayılan fotoların isə yeni bina üçün təklif edilən layihələrdən biri olduğu bildirilir.

 

Qeyd edək ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK  Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək.  

Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

lent.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb