Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib

09:02 | 22.01.2025
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib

Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib

Əgər Moskva Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamasa, ABŞ Rusiyaya qarşı sanksiyalarını daha da sərtləşdirə bilər.  Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. 
 
Bu açıqlamanı ABŞ lideri çərşənbə axşamı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı verib.

Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp "bu, çox mümkün görünür" deyə bildirib.
 
O, həmçinin qeyd edib ki, "əgər 2020-ci il seçkilərindən sonra hakimiyyətdə qalsaydı, Ukrayna münaqişəsi heç başlamazdı".

Bundan əlavə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu və bunun Putin üçün münasib vaxtda baş tuta biləcəyini bildirib.

"İstənilən vaxt görüşə bilərik, onlar nə zaman istəsələr", –  o, jurnalistlərin sualına cavab verib.

ABŞ Prezidenti tezliklə Rusiya lideri ilə birbaşa əlaqə quracağına ümid etdiyini deyib. O, həmçinin Kiyevə silah ixracının tamamilə dayandırılması ehtimalını istisna etməyib.

Bu arada, Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpindən Ukrayna münaqişəsinin həllinə kömək etməsini istəyib.

"Onun çox böyük təsiri var. Bizim də var. Mən ona dedim ki,  bunu həll etmək lazımdır", –  Tramp, Si Cinpindən Ukrayna böhranının həllinə yardım istəməsi ilə bağlı suala cavab verərkən bildirib.
 
N.Təbrizli






























www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM