Tramp qalib gəldi, Kruz kampaniyanı dayandırdı

13:01 | 04.05.2016
Tramp qalib gəldi, Kruz kampaniyanı dayandırdı

Tramp qalib gəldi, Kruz kampaniyanı dayandırdı

İndiana ştatındakı qələbədən sonra Nyu York milyarderi və televiziya ulduzunun prezident seçkisində namizəd olmaq şansları son dərəcə artıb

Ted Cruz İndiana praymerisinin ilkin nəticələri bəlli olduqdan sonra namzidəlik uğrunda yarışı "ürək ağrısı” ilə dayandırdığını elan edib.

İndiana ştatındakı səsvermədə üçüncü yeri tutan John Kasich isə namizədlik yarışınında qaldığını elan edib. O sözçüsü vasitəsilə ilə bildirib ki, bu kampaniyada sonadək davam etmək niyyətindədir.

ABŞ prezidentliyi seçkisinə Respublikaçılar Partiyasından namizədlər arasında lider Donald Trump İndiana ştatında keçirilən praymeridə qalib gəlib.

İlkin məlumata görə onun bu ştatdakı 57 seçki nümayəndəsinin hamısını qazandığı bildirilir.

ABŞ mediası xəbər verir ki, səslərin sayılması davam etsə də, Trump indiyədək sayılmış səslərin 54 faizinə sahib olub.

Onun ən yaxın rəqibi Ted Cruz-un göstəricisi 33 faizdir. Üçücü yerdə Ohayo ştatının qubernatoru John Kasich gəlir.

Beləliklə, Donald Trump artıq indiyədək 1041 seçki nümayəndəsinin mandatını əldə edib.

Əgər Nyu York milyarderi respublikaçıların iyulda keçirləcək konventinə qədər 1237 seçki nümayəndəsi toplaya bilsə, qeyd-şərtsiz prezidentliyə namizəd olacaq.

Reuters bildirir ki, bunun üçün onun Kaliforniya və Nuyu Cersi ştatlarında qalib gəlməsi kifayətdir.

Clinton-un gözlənilməz məğlubiyyəti

İndianada keçirilən demokrat praymerisində səsvermənin əvvəlində Bernie Sanders-dən azacıq irəlidə olan Hillary Clinton məğlubiyyətə uğrayıb.

Bununla belə gözlənilməz qələbə sosialist Bernie Sanders-in şanslarını əhəmiyyətli dərəcədə artırmayıb.

Bundan əvvəl Clinton onu kampaniyanı dayandırmağa çağırmışdı.

İndianada keçirilən praymeri seçkiləri namizədlərin bir-birinə qarşı əndazəni aşan tənqidləri ilə yadda qalacaq.

Trump Ted Cruz-un atasını prezident Kennedy-nin qatili Lee Harvey Osvalda yaxın olmaqda ittiham etmişdi. O həm də Cruz-u boş yerə pul xərcləməyi dayandırıb seçki yarışından çıxmağa dəvət edib.

Ted Cruz Trump-ı "patoloji yalançı” adlandırıb.

Respublikaçılar Partiyasının rəhbərliyində olanlardan bir çoxu Donald Trump-ın namizədliyini istəməsələr də, onun namizədliyə doğru "zəfər yürüşünü” dayandıra bilməyiblər.

İndi respublikaçıların düşərgəsində böyük əndişə və çaşqınlıq var, demokratların yarışına liderlik edən Hillary Clinton isə bəyan edib ki, o artıq bütün diqqətini Trump-ın üzərinə yönəldəcək. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM