Tribunalardan atılan daş futbolçunu öldürdü

18:30 | 24.08.2014
Tribunalardan atılan daş futbolçunu öldürdü

Tribunalardan atılan daş futbolçunu öldürdü

Əlcəzairdə futbolçu öldürülüb. 

Lent.az-ın məlumatına görə, ölkə çempionatı çərçivəsində “JS Kabil” və “USM Alger” komandaları arasındakı qarşılaşmadan sonra iğtişaş baş verib. 

“USM Alger"in 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra bir qrup azarkeş meydançada “JS Kabil”in oyunçularına hücum edib. Daş və dəmir parçaları ilə oyunçulara hücum edən azarkeşlər komandanın 25 yaşlı futbolçusu, kamerunlu Albert Ebosseni yaralayıblar. Başına iri daş parçası çırpılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Əlcəzairin daxil işlər naziri gecə saatlarında baş vermiş olaylarla bağlı açıqlama verib və futbolçunun ölümü faktının ciddi araşdırılacağını deyib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb