Türk Dünyasının tanınmış sənətçiləri Bakıya gəlir

16:34 | 22.04.2014
Türk Dünyasının tanınmış sənətçiləri Bakıya gəlir

Türk Dünyasının tanınmış sənətçiləri Bakıya gəlir

Türk dünyasının tanınmış sənət adamlarının Azərbaycana səfəri aprel ayının 28-də reallaşacaq.
ANNET.Az-ın Aktual.az-a istinadən məlumatına görə, qonaqları ölkəmizə Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbərliyi dəvət edib.
Türkiyədən tanınmış sənətçi Əhməd Şəfəq, Yakutyadan Yuliyana Krivoşapkina və Aleksandr Diaçkovski, Sordan (Sibir ərazisindən - red.) tanınmış sənətçi Çiltis Tannaqaşeva, Altaydan İrina Kenzina, Marina Saksayeva, Qırğızıstandan Fatima Sultanova, xalq sənətçisi Kenjebek Sadırbekov bir həftə ərzində Azərbaycanda qonaq olacaq, mədəniyyət xadimləri və media mənsubları ilə görüşəcək.
Türk dünyası sənətçilərinin Azərbaycana dəvət olunmasında məqsəd qədim türk mənəvi dəyərlərini yaşadan türk toplumları arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və onların tanıdılmasıdır.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb