Türk ifaçı Azərbaycan şəhidlərinə konsert proqramı həsr etdi

17:26 | 04.08.2014
Türk ifaçı Azərbaycan şəhidlərinə konsert proqramı həsr etdi

Türk ifaçı Azərbaycan şəhidlərinə konsert proqramı həsr etdi

Türkiyənin opera ifaçısı Oya Ergün “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Azərbaycan şəhidlərinə həsr etdiyi konsert proqramı ilə çıxış edib. İfaçının verdiyi məlumata görə, iki həftə əvvəl konsert proqramının repertuarı fərqli olsa da, cəbhədə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə hörmət əlaməti olaraq, proqramdan dəyişiklik edib: “Azərbaycan ordusunun əsgərlərin şəhid olması xəbərinə çox üzüldüm. Ona görə də konsert axşamını şəhidlərin əziz xatirəsinə həsr etdik. Yalnız şəhidlərə aid olan ariyalar səsləndirim”.

 

“Barokko ariyalar axşamı” adlı konsert Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

 

Ariyalar gecəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları, İtaliyanın Azərbaycan səfirliyinin nümayəndəsi və digər səfirliklərin təmsilçiləri iştirak ediblər.

 

Konsert proqramı Amerikada yaşayan orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin müşayiəti ilə baş tutub.(apa.az)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb