Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

20:06 | 06.04.2015
Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq


Türkiyə "Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək.

"Eurovision”un mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: "Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə "Eurovision 2015”-də iştirak etməyəcək”.
 
Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.  

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb