Türkiyə hökumətinin cəsusluqda günahlandırdığı jurnalist öldü - VİDEO

20:24 | 20.10.2014
Türkiyə hökumətinin cəsusluqda günahlandırdığı jurnalist öldü - VİDEO

Türkiyə hökumətinin cəsusluqda günahlandırdığı jurnalist öldü - VİDEO

Türkiyənin Şanlıurfa bölgəsində Kobani hadisələri ilə bağlı xəbərlər hazırlayan livan əslli ABŞ vətəndaşı Serena Shim - "Türkiyədə cəsusluqda günahlanrılıram" - dedikdən 1 gün sonra müəmmalı şəkildə ölüb. ANN.Az xəbər verir ki, hadisə Şanlıurfanın Suruç mahalında baş verib. İranda yayımlanan "Press TV"nin müxbiri, Amerika vatandaşı olan jurnalistlərin olduğu avtomobil betonqarışdıran mikser maşını ilə toqquşub və nəticədə 30 yaşlı jurnalist Serana Shim həyatını itirib, operator Judy Irish isə yaralanıb. Serena Shim iki gün əvvəl hazrıladığı süjetlərdən birində Türkiyə tərəfindən cəsusluqda günahlandırıldığını söyləmişdi. Hazırladığı süjetdə Shim qeyd edib ki, AKP hakimiyyəti Suriya sərhədini keçən cihadçı şəxslərlə bağlı xəbər hazırladığına görə onu cəsus hesab edir, amma o, sadəcə jurnalistlik vəzifəsini yerinə yetirir.  "Press TV" rəhbərliyi hadisəni "şübhəli bir yol qəzası" kimi dəyərləndirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb