Türkiyə prezidenti selfi çəkdirdi

15:19 | 28.04.2014
Türkiyə prezidenti selfi çəkdirdi

Türkiyə prezidenti selfi çəkdirdi

Türkiyə prezidenti Abdullah Gül jurnalistlərlə birgə selfi çəkdirib. ANS PRESS-in məlumatına görə, Gül Türkmənistanda jurnalistlərlə birgə son günlərin dəbi olan selfi fotoşəkili çəkdirib. Türkiyənin dövlət başçısı türkmənistanlı həmkarı Qurbanqulu Berdimuhamedovun dəvəti ilə Aşqabada gəlib. Gül Türkmənistana Atçılıq Bayramı şənliklərinə qatılmaq üçün səfər edib. A.Gül keçirdiyi görüşlər əsnasında bir oteldə jurnalistlərin xahişini yerə salmayıb. Selfi çəkdirməyə razılıq verən prezidentin selfi fotosu qısa müddət ərzində sosial şəbəkələrdə yayılmağa başlayıb. Böyük marağa səbəb olan foto sosial şəbəkələrdə xeyli sayda insan tərəfindən bəyənilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb