Türkiyə səfirliyində tədbir

17:47 | 06.03.2015
Türkiyə səfirliyində tədbir

Türkiyə səfirliyində tədbir

2015-ci il Türkiyә tarixi, Azәrbaycan-Türkiyә ortaq tarixi baxımından önәmli ildir".

 

Bu sözlәri Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun Çanaqqala döyüşünün 100-cü illiyi ilə bağlı Azərbaycanda təşkil olunan "Yerində tarix” layihəsinin təqdimatı zamanı deyib.

 

Onun sözlərinə görə, Çanaqqala döyüşü də Türkiyə və Azərbaycanın ortaq tarixidir: "Çanaqqala döyüşü ilə bağlı keçirilən tədbirlərlə Türkiyənin dünyaya vermək istədiyi sülh mesajına baxdıqda onun keçdiyi yolla digər ölkələrin keçdiyi yolun necə fərqli olduğunu görürük. İnsani dәyәrlәrin önə çıxarılmalı olduğu bir vaxtda kin, nifrət, başqalarına düşmənçilik kimi addımların atılması bu mesajların nə dərəcədə vacib olduğunu göstərir”.

 

Səfir Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və hər iki ölkənin bir-birinə çox dəyər verdiyini deyib: "Bütün dünya bunu belә bilmәlidir. Gәnc nәsil bu fikirlә gәlәcәyә birlikdә hәrәkәt etməli, hәr kәs bu əlaqələrin güclәnmәsi üçün üzәrinә düşәn vәzifәni yerinә yetirmәlidir”.

 

Bakıda Çanaqqala döyüşünün 100-cü illiyi ilə bağlı "100-cü ilində döyüşdən sülhə Çanaqqala” adlı layihə çərçivəsində "Yerində tarix” layihəsi həyata keçirilib. Layihə Yunus Əmrə İnstitutu tərəfindən təşkil olunub. İnstitutun Bakı Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ali Curanın sözlərinə görə, layihə çərçivəsində 25 nəfərdən ibarət tələbə, müəllim və vətəndaş cəmiyyəti üzvləri martın 12-də Türkiyəyə göndəriləcək. Mərkəzin direktoru bildirib ki, onlar martın 22-nə kimi Çanaqqala və Türkiyənin digər şəhərlərinə  gedəcək, Türkiyə tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar.

 

 

ANN.Az







































0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb