Türkiyədə ilin ən yaxşıları seçildi

10:50 | 22.01.2014
Türkiyədə ilin ən yaxşıları seçildi

Türkiyədə ilin ən yaxşıları seçildi

Türkiyənin “Milliyət” qəzeti ölkədə idman sahəsi üzrə mükafatlandırma mərasimi təşkil edib.ANS PRESS-in məlumatına görə, mərasimdə idman, sənət və iş dünyasından bir çox məşhur şəxslər iştirak edib. "İlin idmançısı" kateqoriyasında "Atletiko Madrid" formasını geyən Arda Turan , "Qalatasaray"ın məşhur futolçusu Didier Droqba isə "İlin Futbolçusu" seçilib. 2013-ci ildə bütün kubokları alan və 72 matç məğlub olmayan "Vakıfbank" Qadın Voleybol Komandası "İlin Komandası" kateqoriyasında kürsüdə ilk yeri tutub. Türkiyə millisinin çalışdırıcısı Fatih Terim "İlin məşqçisi", bir müddət əvvəl "Qızıl top"a yiyələnən "Real Madrid"in portuqaliyalı ulduzu Kriştian Ronaldo isə "Dünyada İlin idmançısı" mükafatına layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti