Türkiyədə məhbuslar üçün görüş ayrı-seçkiliyi

21:37 | 01.01.2014
Türkiyədə məhbuslar üçün görüş ayrı-seçkiliyi

Türkiyədə məhbuslar üçün görüş ayrı-seçkiliyi

Müğənni Ebru Gündeşin həbsxanada əri Rza Zarrabı tez-tez ziyarət etməsinə "Ergenekon" və "Balyoz" iddiası üzrə şübhəli şəxs kimi saxlanılanların yaxınları üsyan edib. 

Türkiyə mediasının xəbərinə görə, təqaüdçü general Ergin Saygunun qızı Ece Saygun Twitter səhifəsində yazıb: "Silivridə ayda 1, yalnız 45 dəqiqə açıq görüş verilr, Rza Zarrabı Ebru Gündeş və İbrahim Tatlıses necə ziyarət edə bilir? Mən xəstə atamı belə hər gün ziyarət etmək üçün xüsusi icazə ala bilməmişdim. Ebru Gündeş necə bir səbəblə alıb bu icazəni?"

"Ergenekon" iddiası şübhəlisi jurnalist Tuncay Özkanın qızı Nazlıcan Özkan da yenə Twitter səhifəsindən fikrini bildirərək yazıb ki, Ebru Gündeşə hər gün 45 dəqiqə görüş icazəsi verən prokuror nədən ona belə bir imkanı vermir və o, atasıyla yalnız ildə 12 dəfə görüşə bilir. 

1 ilə yaxın Silivri həbsxanada məhbus qaldıqdan sonra sərbəst qalan jurnalist Doğan Yurdakul isə belə yazıb: "Məhbus olduğum müddətdə də xərçəng xəstəsi olan həyat yoldaşım Güngör Yurdakul vəfat etdi. Yoldaşımla son dəfə görüşüb gözlərinin içinə baxa bilmək və vidalaşa bilmek üçün icazə istədim, ancaq qəbul edilmədi". 

Qeyd edək ki, Rza Zərrab dekabr 21-də həbs olunub Metris həbsxanasına göndərildikdən sonra həyat yoldaşı Ebru Gündeş həbsxanaya tez-tez onun ziyarətinə gəlib. DHA müxbirləri Gündeşi 23 dekabrda , 25 dekabrda və ən son 30 dekabrda həbsxanaya girərkən görüblər. Gündeşin prokurorluqdan hər gün 45 dəqiqə görüş icazəsi aldığı iddia edilir. Zərrabın anası, atası və bacısı də 24 dekabrda ona baş çıəkiblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb