Türkiyədə Üzeyir Hacıbəyovun mahnısı erməniləşdirildi - VİDEO

18:11 | 06.05.2014
Türkiyədə Üzeyir Hacıbəyovun mahnısı erməniləşdirildi - VİDEO

Türkiyədə Üzeyir Hacıbəyovun mahnısı erməniləşdirildi - VİDEO

Türkiyənin hökumətə yaxınlığı ilə tanınan “Sabah” qəzeti “Çırpınırdı Qara dəniz” mahnısını erməni bəstəsi kimi təqdim edib.ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin Mədəniyyət Nazirliyi erməni aşıq Sayat Novanın əsərlərinin türk və erməni dillərində çap edilməsi ilə bağlı qərar qəbul edib. Bu addım Türkiyə tarixində ilk dəfə olaraq ermənicə yazılan bir əsərin dövlət səviyyəsində nəşr edilməsi kimi təqdim edilib. “Sabah” qəzeti Ermənistanın Yunus Əmrəsi kimi tanınan Sayat Novanın mahnılarına misal olaraq Türkiyədə geniş yayılan “Çırpınırdı Karadeniz” mahnısının adını çəkib. Həmçinin qeyd edilib ki, erməni aşıq mahnılarını adətən erməni, gürcü və Azərbaycan dillərində yazıb.Qeyd edək ki, “Çırpınırdı Qara dəniz”  mahnısının sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyova məxsusdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM