Türkmənistanda pulsuz benzin limiti ləğv edildi

12:45 | 29.04.2014
Türkmənistanda pulsuz benzin limiti ləğv edildi

Türkmənistanda pulsuz benzin limiti ləğv edildi

Türkmənistan hökuməti ölkədə pulsuz benzinin verilməsinin ləğv olunması barədə qərar çıxarıb. ANS PRESS-in məlumatına görə, Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədovun təsdiqlədiyi qərar 2014-cü il iyulun 1-dən qüvvəyə minəcək.Qərarda bildirilir ki, 2014-cü il iyulun 1-dən Türkmənistanda ölkə vətəndaşları üçün verilməsi nəzərdə tutulan pulsuz benzin limiti ləğv olunur. Bu qərar bütün növ nəqliyyat vasitələri, eyni zamanda dizel yanacağı ilə işləyən avtomobillər üçün nəzərdə tutulur.Türkmənistan dövlət televiziyasının verdiyi xəbərə görə, pulsuz benzin limitinin ləğv edilməsi qərarı ölkə iqtisadiyyatının inkişafı və daxili bazarda neft məhsullarının qiymətinin stabil saxlanılması üçün qəbul edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb