Turizm şirkətlərinin facebook-klonları meydana çıxıb – XƏBƏRDARLIQ

16:19 | 30.08.2016
Turizm şirkətlərinin facebook-klonları meydana çıxıb – XƏBƏRDARLIQ

Turizm şirkətlərinin facebook-klonları meydana çıxıb – XƏBƏRDARLIQ

"Tanınmış tur-şirkətlər adından yaradılan saxta facebook-klonlar vətəndaşlarımızı aldadırlar”.

ANN.Az Fins.Az-a istinadən xəbər verir ki, belə bir bəyanatla Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov çıxış edib.  

Onun sözlərinə görə, sosial şəbəkələrdə belə birgünlük şirkətlərin sayı çox sürətlə artır. Onlar yaratdıqları klon-səhifələrdə öz xidmətlərini elan edərək sonradan naməlum şəkildə yoxa çıxırlar. 

"Ayrı-ayrı şəxslər "Facebook” da daxil olmaqla, sosial şəbəkələrdə tanınmış turizm şirkətlərinin adlarından səhifə yaradaraq insanların etimadını qazanırlar. Təəssüf ki, facebook-klonlar kifayət qədər aktivdirlər və onlarla mübarizə aparmaq sosial şəbəkələrdə tənzimləmə mexanizminin olmamasından çətinliklər yaradır”, - deyə N.Bağırov bildirib. 

Onun sözlərinə görə, belə klon-səhifələr vasitəsilə aldadılmış şəxslərdən daxil olan şikayətlər həm də onların adından istifadə edən turizm şirkətlərinin imicinə mənfi təsir göstərir. 

"Turistləri diqqətli olmağa, belə vicdanı olmayan "iş adamları” tərəfindən aldanmamaq üçün hərtərəfli məlumat toplamağa və sonra qərar verməyə çağırıram”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb