"Türk axını" 2020-ci ilədək işə düşəcək

16:42 | 03.09.2016

"Türk axını" 2020-ci ilədək işə düşəcək

Rusiyanın energetika naziri Aleksandr Novak elan edib ki, Rusiya və Türkiyə "Türk axını" layihəsinin qısa müddətdə reallaşmasına imkan verəcək vahid razılığın imzalanmasının bir neçə addımlığındadır.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

"Biz türk tərəfdaşlarımızla bu layihənin reallaşdırılması üçün konkret addımları müzakirə edirik. "Yol xəritəsi" hazırlanıb, xüsusi işçi qrupu yaradılıb, qarşılıqlı hökumətlərarası razılaşma layihəsi hazırlanıb", - deyə A.Novak qeyd edib.

Əgər işlər maneəsiz davam edərsə, qaz kəmərinin türk istehlakçılarının tələbatını təmin edəcək ilk xətti 2019-cu ilin sonuna inşa olunacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb