Türk kinosunun ƏFSANƏSİ əməliyyat olundu

10:33 | 23.05.2017
Türk kinosunun ƏFSANƏSİ əməliyyat olundu

Türk kinosunun ƏFSANƏSİ əməliyyat olundu

Türk kinosunun əfsanəvi aktrisası Hülya Koçyiğit Amerikada əməliyyat olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağciyər xərçəngindən əməliyyat olunan 69 yaşlı ulduzun vəziyyətinin hazırda yaxşı olduğu bildirilib. "Yeşil Çam” filmlərinin sevilən ulduzu ciddi nəzarətdə saxlanılır.

Xatırladaq ki, aktrisa əməliyyata girməzdən əvvəl sosial şəbəkədə izləyicilərdən onun üçün dua etmələrini istəmişdi:

"Bu gün mənim üçün çətin bir sınaqdır. Sizə xoş xəbər verəcəyimə ümid edərək yazıram. Bir qədər sonra əməliyyata girəcəm. Mənim üçün dualarınızı əsirgəməyəcəyinizə inanıram. Hər zaman gözəl diləklərinizlə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Var olun".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb